İran Ordusu "Şimşək" əməliyyatı çərçivəsində Küveyt ərazisindəki üç Amerika hərbi obyektinə pilotsuz uçuş aparatları vasitəsilə zərbələr endirildiyini bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, İran silahlı qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, hücumlar zamanı ABŞ-nin regiondakı quru qoşunlarının əsas idarəetmə və yerləşdirmə mərkəzlərindən biri olan "Arefdcan" bazasının inzibati binaları və rabitə sistemləri, helikopter texnikasının yerləşdiyi "Əl-Ədiri" düşərgəsinin dayanacağı, həmçinin aviasiya əməliyyatları və müşahidənin təmin edilməsində istismar olunan "Əhməd əl-Cabir" obyekti hədəfə alınıb.
İranlı hərbçilər qeyd olunan hərbi obyektlərin hədəf alındığını bildiriblər.
Sara,
NOCOMMENT.az












