Dünya Kubokuna belə toxundular - Video

Dünya Kubokuna belə toxundular - Video

Məlum olduğu kimi, bu dəqiqələrdə DÇ-2026-nın finalında İspaniya və Argentina yığmaları qarşılaşır.

NOCOMMENT.az xəbər verir ki, Nyu-Cersidəki “MetLife” stadionunda davam edən həlledici qarşılaşmada ABŞ Prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantino ilə birgə VIP tribunada yer alıb.

Oyunun gedişatı zamanı Donald Tramp və Canni İnfantinonun Dünya Kubokuna eyni anda toxunduqları anlar kameralardan yayınmayıb.

Qeyd edək ki, oyun başa çatdıqdan sonra rəsmi mükafatlandırma mərasimində Donald Trampın turnirin qalibinə kuboku şəxsən təqdim edəcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, Bakı vaxtı ilə saat 23:00-da start götürən qarşılaşmanın ilk hissəsi davam edir və hazırda hesab açılmayıb.