UEFA Rusiyanın gənclərdən ibarət komandalarını qəbul etmək qərarına gəlib. Yaxın vaxtlarda FİFA eyni qərarı verə bilər.
NOCOMMENT.az “Sky News”a istinadla xəbər verir ki, FİFA Rusiyanın gənclərdən ibarət komandalarını öz səviyyəsində qəbul etmək imkanını nəzərdən keçirəcək.
Belə bir qərar verilsə, 17 yaşa qədər Rusiya yığması nəzəri olaraq mundialda iştirak edə biləcək.
FİFA-nın Rusiyaya qarşı sanksiyaları qismən ləğv etmək qərarı günün sonuna qədər verilə bilər.












