Futbol üzrə dünya çempionatı tarixdə ilk dəfə üç qitədə keçiriləcək

Futbol üzrə dünya çempionatı tarixdə ilk dəfə üç qitədə keçiriləcək

Tarixdə ilk dəfə olaraq futbol üzrə dünya çempionatı üç qitədə keçiriləcək. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) saytında məlumat verilib .

2030 Dünya Kuboku Uruqvay , Argentina , Paraqvay , Mərakeş , İspaniya və Portuqaliyada keçiriləcək . Qeyd olunur ki, turnirin qrup mərhələsinin açılış oyunları Uruqvay, Argentina və Paraqvayda baş tutacaq.

FİFA ilk turnirin 100 illiyi münasibətilə dünya çempionatının 6 ölkədə keçirilməsinə qərar verdiyini bildirib.