“Barselona”nın və İspaniyanın qadınlardan ibarət millisinin yarımmüdafiəçisi Aitana Bonmati ağır zədə alıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb
Futbolçu millinin düşərgəsində olarkən, məşq zamanı sol fibulasını sındırıb. Onun müalicə üçün “Barselona”ya qayıdacağı bildirilib.
Qeyd edək ki, 27 yaşlı futbolçu bütün karyerasını “Barselona”da keçirib. O, Kataloniya klubunun heyətində Kral Kubokunun (7 dəfə), La Liqanın (6 dəfə), İspaniya Superkubokunun (5 dəfə) və UEFA Çempionlar Liqasının (3 dəfə) qalibi adını qazanıb. A.Bonmati İspaniya millisinin heyətində 2023-cü ildə dünya çempionu, 2025-ci ildə isə Avropa çempionu olub. O, “Qzıl top” mükafatının 3 qat qalibidir.












