NOCOMMENT.az bildirir ki,İsveçrə Futbol Assosiasiyası (SFA) Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və İsveçrənin İsraildəki səfirliyi ilə əlaqə saxladığını bildirib. Bu barədə SFA-nın bəyanatında deyilir.
“İsveçrə Futbol Assosiasiyası UEFA, İsveçrə Federal Polis İdarəsi və İsveçrənin İsraildəki səfirliyi ilə əlaqə saxlayır. İsrail – İsveçrə matçının gələn cümə axşamı baş tutub-tutmayacağına UEFA qərar verəcək. İsveçrə komandasının təlim-məşq toplanışı bazar ertəsi Sürixdə başlayacaq”, – deyə məlumatda bildirilir.
Avro-2024-ün qrup mərhələsinin VII turunun İsrail – İsveçrə oyunu oktyabrın 12-nə təyin edilib. Görüş Təl-Əvivdə baş tutacaq.












