Keniyalı idmançı 10 min metrə qaçışda dünya rekordu qırıb

Keniyalı idmançı 10 min metrə qaçışda dünya rekordu qırıb

Keniyalı idmançı Beatris Çebet 10 min metr məsafəyə qaçışda dünya rekordu qırıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Çebet Yujin şəhərində (ABŞ, Oreqon) keçirilən yarışlarda yeni dünya rekordu müəyyənləşdirib.

Keniyalı idmançı yarışda 10 000 m məsafəni 28 dəqiqə 54,14 saniyəyə başa vuraraq 10 km məsafəni 29 dəqiqəyə qaçan ilk idmançı oldu.

Bundan əvvəlki dünya rekordu efiopiyalı Letesenbet Gideyə məxsus olub və 2021-ci ildə (29 dəqiqə 01,03 saniyə) müəyyən edilib.

Beatris Çebetin 24 yaşı var. O, 5 000 metr məsafəyə qaçış üzrə dünya çempionatının gümüş (2022-ci il) və bürünc (2023-cü il) mükafatçısıdır.