“Qarabağ”dan növbəti transfer bombası – 2 milyonluq qapıçı gəlir

“Qarabağ”dan növbəti transfer bombası – 2 milyonluq qapıçı gəlir

Yeni mövsümə fırtına kimi hazırlaşan “Qarabağ” mövsümün 3-cü transferini də reallaşdırmağa yaxındır. Söhbət Martin Zlomisliçidən gedir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Xorvatiyanın Germanijak saytı məlumat yayıb. Onların sözlərinə inansaq, Ağdam təmsilçisi 550 min avro qarşılığında 2 milyon transfermarkt dəyəri olan qapıçını heyətinə qatıb.

Bosniya və Herseqovinalı qapıçı DÇ-2026-ya da yollanacaq.

27 yaşlı əlcək sahibi 189 sm boya malikdir. Bu çempionatda 36 oyunda 33 qol buraxıb, qapısına gələn penaltilərin 20 faizini (təxminən 5 zərbədən birini) dəf edib./Offsideplus.az/