Millimiz bu gün Macarıstanla qarşılaşacaq

Millimiz bu gün Macarıstanla qarşılaşacaq

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

NOCOMMENT.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda C Liqasının 3-cü qrupunda Macarıstan yığmasını qəbul edəcək. Qarşılaşma Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək və saat 18:00-da start götürəcək.

Azərbaycan millisi seçmə mərhələdə keçirdiyi əvvəlki oyunlarda Andorra üzərində iki qələbə qazanıb, Şimali Makedoniyanı məğlub edib. Yığmamızın qrupda yeganə məğlubiyyəti isə məhz Macarıstana qarşı səfər matçında qeydə alınıb.

Hazırda qrupda iddiasını davam etdirən Azərbaycan millisi doğma meydanda qazanacağı uğurlu nəticə ilə liderlik uğrunda mübarizədə mövqeyini daha da gücləndirməyə çalışacaq.

Qeyd edək ki, yığmamız seçmə mərhələdə növbəti görüşünü iyunun 9-da Şimali Makedoniyaya qarşı keçirəcək.