Kriştianu Ronaldu ən çox qol vuran futbolçular arasında yeni rekorda imza atıb

Kriştianu Ronaldu ən çox qol vuran futbolçular arasında yeni rekorda imza atıb

Səudiyyə Ərəbistanı Pro Liqasının XXXIV turunun “Əl-İttihad”a qarşı matçında (4:2) dubl edən “Əl-Nəsr” klubunun üzvü Kriştianu Ronaldu yeni rekorda imza atıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, 35 yaşlı futbolçu 4 fərqli ölkənin çempionatında ən çox qol vuran futbolçu kimi tarixə düşüb.

35 qolla Səudiyyə Ərəbistanı çempionatının bombardiri olan K.Ronaldu daha əvvəl üç dəfə İspaniya La Liqası, İtaliya A Seriyası və İngiltərə Premyer Liqasında da ən çox qol vuran futbolçuların siyahısına başçılıq edib.