Azərbaycanın məşhur Olimpiya çempionu, sərbəst güləşçi Toğrul Əsgərov ailə həyatı qurur.
NOCOMMENT.az xəbər verir ki, tanınmış güləşçi Aysun adlı xanımla evlənir. Toy mərasimi iyunun 13-də Bakıda dəbdəbəli restoranlardan birində keçiriləcək.

Olimpiya çempionunun toyunda nazirlər və müavinləri, Olimpiya çempionları, komitə rəhbərləri, deputatlar, icra başçıları, və bir sıra ictimai-siyasi şəxslərin iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Toğrul Əsgərov 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanaraq Azərbaycan idman tarixində ən gənc Olimpiya çempionlarından biri kimi adını tarixə yazdırıb.//Manset.az











