Messinin Argentinanın Mar del Plata şəhərindəki heykəli dağıdılıb

Messinin Argentinanın Mar del Plata şəhərindəki heykəli dağıdılıb

Lionel Messinin Argentinanın Mar del Plata şəhərindəki heykəli dağıdılıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, heykəli dağıdanlar millinin keçmiş futbolçusu Serxio Aqueranın abidəsinin ucaldılmasını tələb ediblər.

Messinin heykəli Argentina yığmasının 2022-ci ildə Qətərdəki dünya çempionluğuna həsr olunub.

Qeyd edək ki, 38 yaşlı Messi cari mövsüm ABŞ-nin “İnter Mayami” klubunda meydana çıxdığı 41 oyunda 38 qola və 23 məhsuldar ötürməyə imza atıb.