“Neftçi” – “Şkupi” oyununun başlama saatı açıqlandı

“Neftçi” – “Şkupi” oyununun başlama saatı açıqlandı

“Neftçi”nin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsindəki oyununun başlanma saatı məlum olub.

NOCOMMENT.az klubun rəsmi saytına istinadən xəbər verir ki, avqustun 27-də “Bakcell Arena”da keçiriləcək Şimali Makedoniyanın “Şkupi” komandası klubu ilə olan matç saat 20:00-da start götürəcək.