Mürsəl Əliyevə nazirlikdə yüksək vəzifə verildi

Mürsəl Əliyevə nazirlikdə yüksək vəzifə verildi

Müdafiə Sənayesi Nazirliyinə məxsus "Mərkəzi Təminat və Marketinq İdarəsi" MMC-yə yeni direktor təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, şirkətin yeni direktoru Mürsəl Əliyevdir.

O, bu vəzifədə Ramin İsrafilovu əvəz edib.

Xatırladaq ki, "Mərkəzi Təminat və Marketinq İdarəsi" 2006-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb. (Report)