“Qarabağ” və “Turan Tovuz” bu futbolçunu transfer etmək İSTƏYİR

“Qarabağ” və “Turan Tovuz” bu futbolçunu transfer etmək İSTƏYİR

“Qarabağ” və “Turan Tovuz” eyni futbolçu ilə yaxından maraqlanır.

NOCOMMENT.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, hər iki klub “Kayrat”ın futbolçusu Jorjinyo üçün hərəkətə keçib.

2026-cı il dekabrın 31-nə qədər Qazaxıstan klubuna məxsus olan portuqaliyalı futbolçu Azərbaycan klublarından birinə keçmək istəyir.

Qeyd edək ki, “Braqa”nın yetirməsi olan Jorjinyo Portuqaliyada “Merelinense”, “Fafe”, “Pevidem”, “Differdanj”(Lüksemburq) klublarında oynayıb.