Abşeron təmsilçisi "Sabah"ın heyətinə qatdığı yeni futbolçu Eyden Makkartinin transferi üzrə "Kayzer Çifs" klubuna ödədiyi vəsaitin həcmi məlum olub.
NOCOMMENT.az xəbər verir ki, Azərbaycan çempionu cənubi afrikalı idmançının keçidi üçün qarşı tərəfə 7 milyon rand (təqribən 720 000 manat) məbləğində təzminat ödəyib.
Tərəflər arasında imzalanan müqavilədə diqqətçəkən bir bənd də öz əksini tapıb: əgər futbolçu gələcəkdə başqa komandaya satılarsa, həmin transferdən əldə ediləcək gəlirin 10 faizi yenidən Afrika klubunun büdcəsinə köçürüləcək.
Xatırladaq ki, 22 yaşlı müdafiəçi arxada qalan mövsümdə "Kayzer Çifs"in əsas heyətində kifayət qədər parlaq çıxışı ilə yadda qalıb. O, peşəkar karyerasındakı ilk tam mövsümündə bütün turnirlər daxil olmaqla ümumilikdə 33 qarşılaşmada yaşıl meydanda mübarizə aparıb və rəqib qapılarından 2 top keçirməyi bacarıb./oxu.az/












