Simeone 14 ildə “Real” və “Barselona”nın 18 məşqçisinə qarşı oynayıb

Simeone 14 ildə “Real” və “Barselona”nın 18 məşqçisinə qarşı oynayıb

“Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin dünyanın ən uzun müddət çalışan məşqçilərindən biri olduğu heç kimə sirr deyil.

NOCOMMENT.az-ın xəbərinə görə, o, 2011-ci ildə Madrid klubuna baş məşqçi təyin olunub və o vaxtdan bəri eyni komandada qalıb.

Bu müddət ərzində “Barselona” və “Atletiko”nun əsas rəqibləri olan “Real”da neçə məşqçi dəyişdiyini heç düşünmüsünüzmü? Cavabımız var: 18, hər klub üçün doqquz.

“Barselona”: Pep Qvardiola, Tito Vilanova, Xerardo Martino, Luis Enrike, Ernesto Valverde, Kike Setyen, Ronald Kuman, Xavi, Hansi Flik.

“Real”: Joze Mourinyo, Karlo Ançelotti, Rafael Benites, Zinəddin Zidan, Xulen Lopeteqi, Santyaqo Solari, Zinəddin Zidan, Karlo Ançelotti, Xabi Alonso.\\Lent.az