UEFA İsraildəki bütün oyunları təxirə saldı

UEFA İsraildəki bütün oyunları təxirə saldı

NOCOMMENT.az Türkiyə mətbuatına istinadən bildirir ki,UEFA İsraildə keçirilməsi planlaşdırılan bütün oyunları HƏMAS və İsrail arasında toqquşma və təhlükəsizlik baxımından təxirə salıb.

İsraildə keçirilməsi gözlənilən, lakin təxirə salınan matçlar arasında 2024-cü il Avropa çempionatının seçmə mərhələsi və 2025-ci ildə keçiriləcək 21 yaşadək futbolçular arasında UEFA Avropa çempionatı var.