Viktor Nelsson Danimarka Millisinin düşərgəsində diqqəti çəkən açıqlamalar verib.
NOCOMMENT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ulduz futbolçu davamlı oynamaq istədiyini, lakin son üç matçda ehtiyat oyunçular skamyasında qaldığını və bu durumun onu məyus etdiyini bildirib.
Nelsson Okan Buruk və Erden Timurla görüşlər keçirdiyini və “Qalatasaray”da oynamaq şansı qazana bilməsə əgər, başqa klubda oynamaq məcburiyyətində qalacağını bildirib.












