II Qaregin Ermənistan və Qarabağın eks-prezidentlərini görüşdürdübackend

II Qaregin Ermənistan və Qarabağın eks-prezidentlərini görüşdürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın üç sabiq prezidenti – Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan bütün ermənilərin katolikosu II Qareginin vasitəçiliyi ilə görüşüb.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzetinin məlumatında deyilir. Eks-prezidentlərin görüşü dünən Eçmiədzin Kilsəsində təşkil olunub.

Məlumata görə, görüşdə Qarabağ separatçılarının keçmiş başçıları Bako Saakyan və Arkadi Qukasyan da iştirak ediblər.

Sabiqlər “Ermənistanın hazırkı çətin vəziyyəti və bu vəziyyətdən çıxış yollarının axtarışı” mövzusunda müzakirə aparıblar.

Erməni KİV-ində qapalı görüşün geniş təfərrüatı barədə məlumat verilmir. Görüşlərin davam etdirilməsi qərara alınıb.