II Qaregin, I Aram və daşnaklar ümumerməni sammitində iştirakdan imtina ediblərbackend

II Qaregin, I Aram və daşnaklar ümumerməni sammitində iştirakdan imtina ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya ermənilərinin baş keşişi II Qaregin və Kilikiya evinin (Livan, Suriya və Kiprin yunan hissəsindəki ermənilər) baş keşişi I Aram, eləcə də Daşnaksutyun Partiyası ümumerməni sammitində iştirakdan imtina ediblər.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın diaspor üzrə komissarı Zare Sinanyan məlumat verib.

Onun sözlərinə görə, II Qaregin və Daşnaksütyun Partiyası hökumətlə aralarındakı siyasi baxışlara, I Aram əlverişsiz hava şəraiti və atmosferin zəhərli olması səbəbindən tədbirdə iştirakdan imtina ediblər.

Xatırladaq ki, Nikol Paşinyan hökuməti ilə kilsə rəhbərliyi arasında münaqişə 4 ilə yaxındır davam edir.