Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Alisa Lyu 2026-cı il dünya çempionatında iştirak etməyəcək.
NOCOMMENT.az bildirir ki, bu, Beynəlxalq Konkisürmə İttifaqının saytındakı ərizə formasından aydın olur.
Məlumata görə, Lyunun yerinə turnirə Sara Everhardt qatılacaq.
Qeyd edək ki, dünya çempionatı 24-29 mart tarixlərində Praqada keçiriləcək. Lyu hazırkı dünya çempionudur.
Lyu ABŞ komandası ilə birlikdə komanda turnirində olimpiya çempionu olub, eləcə də fərdi turnirdə qalib gəlib.\\oxu.az













