İkiüzlü və güdükçü siyasət: Baydenin ermənipərəstliyibackend

İkiüzlü və güdükçü siyasət: Baydenin ermənipərəstliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları prezident Baydenin simasında yürütdüyü ikiüzlü siyàsəti bütün çılpaqlığı ilə meydana qoydu.

Yerişini və hafizəsini itirən Bayden “erməni soyqırımı” deyilən uydurma iddianı tanıdığını aprelin 24-də bir daha bəyan etdi. O, bununla yeni faşist ideologiyasının təməlini qoyan irticaçı, işğalçı Ermənistanı açıq-aydın müdafiə etməklə ədalətsiz dövlət başçısı olduğunu diqqətə çatdırdı.

Ümumiyyətlə, bu dövlətin son 45-50 ildə işlətdiyi siyasət yalnız öz məqsəd və maraqlarının qorunmasına, dünyada şiddətin yayılmasına əsaslanıb. Qaynar qazan başında oturmağı sevən ABŞ siyasi ənənəsinə sadiq qalaraq uzaq keçmişlərdən üzü bəri eyni dəsti-xəttin ipini əlində bərk-bərk saxlamaq üçün milyonların ölümünə öz imzasını atmaqdan belə geri durmayıb.

Amerika üçün bəşəri hiss və duyğular yalnız və yalnız püskürdücü sözlərdən, şirnikləndirici və aldadıcı siyasi manevrlərdən başqa mahiyyətə əsaslanmır.

Güdükçü siyasi mənafe ilə dünyaya şahlıq etmək olmaz. Dəhşətli soyqırımının ilk bünövrəsini qoyan məhz ABŞ dövləti olub. Prezident Baydenin tarixi həqiqətləri ya bilmədən, ya da qəsdən etiraf etməməsi, nəhayət, bu məsələdəTürkiyəni hədəf götürməsi tamamilə siyasi həyasızlqdır və hərbi müttəfiqini dini ideoloji tora salmaqdan özgə bir şey deyildir. Aləmin qarışdığı indiki dövrdə bu cür qızışdırıcı ermənipərəst mövqe nümayiş etdirməyin, eyni zamanda, Qarabağa sülh gətirmək məqsədi ilə Azəbaycanın və Türkiyənin apardığı birgə dinc və siyasi mübarizənin önünə daş itələməyin başqa adı varsa, sizlər deyin, təkzibedici baxışları ortaya qoyun!!!

Axı yeganə bir gerçəkliyin olduğunu bilə-bilə digər dövləti olmayan “soyqırımı”na görə günahlandırmaq, Cənubi Qafqazda iki ölkənin həssas münasibətlərini məhvərindən çıxararaq onları yeni toqquşmaya cəlb etmək heç bir ədalətdən, insan hüquq və azadlıqlarına hörmətdən xəbər vermir. Elə isə yalan tarixin üst qatında oturan, 20-ci əsrdə erməni faşizminin rəzaləti nəticəsində 4 dəfə – 1905 və 1988-illər ərzində öz doğma ocağından deportasiya olunan bir milyona yaxın azərbaycanlının müsibətindən niyə bir kəlmə danışmır prezident Bayden?!

Və ya onun dünya insanlığının gözü qarşısında baş verən Xocalı soyqırımı ilə bağlı bircə söz belə dilə gətirməməsinə nə ad vermək olar!?

Nəhayət, atom bombası kəşf edildiyi andan cəmi bir dəfə insanlıq üzərində bu kütləvi qırğın silahından istifadə edilmişdir. Onu da Amerika Yaponiyanın Xirosima və Nakasaki şəhərlərində sınaqdan keçirib. Yarım milyona yaxın günahsız insanın ölümünə səbəb olan ABŞ bu qanlı cinayətinə görə harada və hansı beynəlxalq qurum qarşısında cavab verib?! Təəssüf ki, belə bir fakt dünya tarixinə məlum deyil. Nüvə bombasını atan pilotlardan ikisi sonralar psixoloji sarsıntı keçirərək həyatla vidalaşmışdı. Bu günün özündə belə, kütləvi qırğın silahı öz fəsadlarını ağır formada göstərməkdədir. Doğulan uşaqlar ağır qan xəstəliyi olan leykozdan, yəni qan xərçəngindən 10-15 yaşında həyatla vidalaşırlar. Kütləvi soyqırımı bax budur.

Beynəlxalq ictimaiyyət bu gün dünyaya ağalıq etmək xəyalına düşən ABŞ-a qarşı öz etirazını bildirməlidir. Türkiyəsevərlərə səslənirəm: gəlin qardaşlarımıza atılan böhtana, şərə görə səsimizi ucaldaq!!! 24 aprel 2022-ci ildə ABŞ prezidenti Bayden dünyada Türkiyənin nüfuzunun yüksəldiyindən ehtiyat edərək. qəsdən uydurma “erməni soyqırımı”nı tanıdığını bəyan etdi. Və elə həmin gün də erməni faşizminin törəmələri küçələrə çıxaraq Baydenə öz razılıqalarını ifadə etməklə İrəvanda Türkiyənin və Azərbaycanın bayraqlarını yandırdılar…

Eldar Sabiroğlu,
Sabiq millət vəkili, Silahlı Qüvvələrin
ehtiyatda olan polkovniki