İldırım vurması nəticəsində 1 nəfər öldübackend

İldırım vurması nəticəsində 1 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Manisa vilayətinin Saruhanlı rayonunda ildırım vurması nəticəsində 1 nəfər ölüb.

NOCOMMENT.az türk mediasına istinadən xəbər verir ki, Çulluqörece məhəlləsində çobanlıq edən Şərif Kırlı qoyunlarını otararkən başlayan leysan zamanı ildırım vurub.

Məhəllə sakinləri tərəfindən Saruhanlı Dövlət Xəstəxanasına aparılan Kırlı həkimlərin müdaxiləsinə baxmayaraq xilas ola bilməyib.

NOCOMMENT.AZ