İlin əvvəlindən 2 min 67 terrorçu zərərsizləşdirilibbackend

İlin əvvəlindən 2 min 67 terrorçu zərərsizləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu ilin əvvəlindən bu yana 2 min 67 terrorçu zərərsizləşdirilib”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər açıqlama verib.

Nazir Gülərin çıxışından diqqət çəkən məqamlar belədir:

Ölkə daxilində və sərhəddən kənarda terrorla mübarizənin ən uğurlu dövrünü yaşayırıq. Separatçı terror təşkilatı ölkədə məhv olmaq həddinə çatdırılıb. Sərhədlərimizdə yaradılması arzulanan terror dəhlizi məhv edilib. Bu ilin əvvəlindən 2 min 67 terrorçu zərərsizləşdirilib.

FETÖ ilə mübarizəmiz amansızlıqla davam edir.15 iyul 2016-cı il tarixinə 23 min 971 nəfər Türkiyə Silahlı Qüvvələrindən xaric edilib.