İlk gün ümumi kompensasiya məbləğinin 65 milyon manatı ödənildibackend

İlk gün ümumi kompensasiya məbləğinin 65 milyon manatı ödənildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 27-dən Əmanətlərin Sığortalanması Fondu tərəfindən, ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılıb.

ƏSF-dən NOCOMMENT.az-a verilən məlumata görə, kompensasiya ödənişləri agent banklar olaraq seçilmiş “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin bütün ölkə üzrə filial şəbəkələri vasitəsilə uğurla həyata keçirilir.

Qeyd edək ki, ötən gün ərzində bankın qorunan əmanətçilərindən 1849 nəfərə 65 milyon manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. Bu, bank üzrə ödənilməsi nəzərdə tutulan kompensasiya məbləğinin təqribən 32%-ni təşkil edir. Kompensasiyaların verilməsi hazırda da uğurla davam etdirilir.

“Əmanətçilərə bir daha xatırlatmaq istərdik ki, kompensasiya ödənişlərinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçiriləcək və bununla bağlı heç bir narahatlıq üçün əsas yoxdur. “Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikası Qanunun 28.5-ci maddəsinə əsasən kompensasiya ödənişi əmanətçilərin ərizələrinin qəbul edildiyi gündən ən geci 30 təqvim günü ərzində həyata keçirilir.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.