İlon Mask “Twitter”i almaqdan imtina etdibackend

İlon Mask “Twitter”i almaqdan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tesla və SpaceX-in qurucusu İlon Mask “Twitter”-ə etdiyi 44 milyard dollarlıq tarixi alış təklifini geri götürüb.

NOCOMMENT.az xəbər verir ki, Mask ləğv edilməsinə səbəb kimi saxta hesabların sayı ilə bağlı məlumatların “yanıltıcı” olduğunu səbəb kimi göstəriib.

Maskın imtinasından sonra “Twitter”-in İdarə Heyətinin sədri Bret Teylor Maskı satın alma müqaviləsinə əməl etmədiyi səbəbiylə məhkəməyə verəcəklərini bildirərək “Qazanacağımıza əminik” açıqlamasını verib.

Alınma ləğv edildikdən sonra “Twitter” səhmləri düşüb.

Mütəxəssislərin fikrincə, Maskın imtina etməsinin səbəbi “Tesla səhmlərinin dəyər itirməsi”dir.

Jalə Bədirova