İlon Maskın Twitter binasının loqosunu “X” ilə əvəz etməsi mübahisələrə səbəb olubbackend

İlon Maskın Twitter binasının loqosunu “X” ilə əvəz etməsi mübahisələrə səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

San-Fransisko şəhər hökuməti Elon Maskın Twitter binasındakı “quş” loqotipini “X” ilə əvəz etməsi ilə bağlı “verilən işarə icazəsini pozmaq” səbəbi ilə araşdırma başlatdı.

NOCOMMENT xəbər verir ki, Maskın Twitter-in loqosunu “X” ilə əvəz etməsinin əks-sədaları davam edərkən, Twitter-in San Fransiskodakı binasındakı “quş” loqosu da çıxarılaraq nəhəng “X” loqosu ilə əvəz olundu.

Loqo dəyişikliyi zamanı küçədə adekvat təhlükəsizlik tədbirlərinin görülmədiyini deyən San Fransisko polisi işçilərə müdaxilə edib.

San Fransisko şəhər səlahiyyətliləri isə şəhərdəki binalardakı simvolların və ya hərflərin dəyişdirilməsinin və ya silinməsinin həm dizayn, həm də təhlükəsizlik səbəbiylə icazəyə tabe olduğunu ifadə edərək, “verilən işarə icazəsini pozmaq” səbəbiylə araşdırma başlatdı.