İmamoğlu məhkəmə qarşısında: Həbs və siyasi qadağa tələb edilirbackend

İmamoğlu məhkəmə qarşısında: Həbs və siyasi qadağa tələb edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun “tender saxtakarlığı” iddiası ilə mühakimə olunduğu məhkəmə prosesi noyabrın 30-na təxirə salınıb. Növbəti məhkəmə iclasında İmamoğlunun da iştirak etməsi qərara alınıb.

NOCOMMENT.az xəbər verir ki, Büyükçekmece Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə “şübhəli” qismində Əkrəm İmamoğlu, Cem Ülken, Fidan Gül, Həsən Çətin, Hilal Çuhadar, Mehmet Hepgül və Türkan Dəmirəl Dişi Sağlam yer alıb.

İddianamədə, aralarında İmamoğlunun da olduğu 7 nəfərin “tenderdə sui-qəsd” cinayətindən 3 ildən 7 ilə qədər həbsə məhkum edilməsi tələb edilib.

Bundan əlavə, Türkiyə Cəza Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq 7 nəfərə siyasi qadağa tətbiq edilməsi istənilib.

NOCOMMENT.az