İmamoğlu yenidən namizəd olacaqbackend

İmamoğlu yenidən namizəd olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CHP lideri Kamal Kılıçdaroğlu müsahibəsində İstanbul üçün namizədlərinin Əkrəm İmamoğlu olduğunu açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Kılıçdaroğlu CHP-nin dəyişməyə açıq bir partiya olduğunu və partiya daxilində müzakirələrin faydalı olduğunu bildirib. Üstəlik, ittifaqların iqtidar birliyi olduğunu vurğulayan Kılıçdaroğlu, İmamoğlunun sədrlik müddətini uğurla keçdiyi üçün namizədliyini davam etdirəcəyini söyləyib.

Kılıçdaroğlu qeyd edib ki, “Mən demokratiya tərəfdarlarının birlikdə hərəkət etməli olduğuna inanan bir insanam. Dünən də belə idi, bu gün də belədir. Millət Alyansı tərəfdarların bir araya gəlməsi üzərində qurulmuş bir ittifaqdır. Bir insan bir işdə uğur qazanırsa, niyə dəyişdirilməlidir? Təbii ki, Əkrəm İmamoğlu bizim namizədimizdir”