İntensiz yağışdan sonra Lökbatan yolu dağılıb, hərəkət çətinləşib – VİDEObackend

İntensiz yağışdan sonra Lökbatan yolu dağılıb, hərəkət çətinləşib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ”Meyvəli” bazarının qarşısındakı dairənin ətrafında yağışdan sonra problemlər yaranıb. Bu isə yolda nəqliyyatın hərəkətini çətinləşdirib.

NOCOMMENT.az xəbər verir ki, yolun asfalt örtüyü yağışdan sonra dağılıb.

Müxtəlif hissələrdə dərin çuxurlar və iri gölməçələr əmələ gəlib.

Sürücülər bildirirlər ki, bu vəziyyət xüsusilə yağışlı havalarda daha təhlükəli olur və nəqliyyat vasitələrinə ziyan vurur.

Ərazidə yaranan vəziyyət təkcə avtomobillərin texniki durumuna deyil, həm də nəqliyyatın axınına təsir göstərir. Sürücülərin sözlərinə görə, günün pik saatlarında burada uzun tıxac yaranır. Nəticədə Xocəsən qəsəbəsi istiqamətindən gələn nəqliyyat vasitələrinin hərəkəti demək olar ki, mümkünsüz olur.

Yağışdan sonra hərəkətin intensiv olduğu yolda yaranmış problem niyə vaxtında aradan qaldırılmır?

Sualımıza cavab axtarmaq üçün əvvəlcə Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət etdik.

Sözügedən ərazidəki yol onların balansında deyil. Yola cavabdeh qurum, Avtomobil Yolları Dövlət Agentliyindən isə ”Xəzər Xəbər”ə bildirdilər ki, ərazidəki problemdən məlumatları var və çox qısa vaxt ərzində həmin hissədəki problem aradan qaldırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.