İnterpol Sarkisyanın kürəkəninin axtarışını dayandırdıbackend

İnterpol Sarkisyanın kürəkəninin axtarışını dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpol Ermənistanın Vatikandakı keçmiş səfiri, üçüncü prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın axtarışlarını dayandırıb.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edək ki, 2020-ci il martın 17-də cinayət işi çərçivəsində Mikael Minasyan vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz varlanma, çirkli pulların yuyulması və gəlir bəyannaməsində yalan məlumat vermə maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. 2020-ci il martın 23-də onun barəsində axtarış elan edilib, beynəlxalq axtarışa verilməsi üçün ittihamı ilə bağlı müvafiq sənədlər və əsaslar İnterpola təqdim olunub.