Qırmızı bülletenlə axtarılan 18 xarici vətəndaş tutuldubackend

Qırmızı bülletenlə axtarılan 18 xarici vətəndaş tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan 18 xarici ölkə vətəndaşı Antalyada saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, İl Təhlükəsizlik Müdirliyi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Kəşfiyyat Şöbə Müdirliyi beynəlxalq axtarış qərarı çıxarılan şəxslərin müəyyən edilərək deşifr edilməsi istiqamətində iş aparıb.

Qrupların işində “silahlı soyğunçuluq, fırıldaqçılıq, xüsusiyyətli fırıldaqçılıq, cinayət təşkilatı qurmaq və ya üzvü olmaq, adam öldürmə, adam oğurluğu, hücum, xuliqanlıq, çirkli pulların yuyulması, oğurluq, immiqrant qaçaqmalçılığı, rüşvətxorluq, korrupsiya, xüsusiyyətli oğurluq “Müəlliflik və müəllif hüquqlarının pozulması” ilə bağlı axtarış qərarı olan 18 nəfərin ünvanında əməliyyat keçirilib.

Əməliyyatda 1 Azərbaycan, 10 Rusiya, 3 Qazaxıstan, 1 Moldova, 2 İran, 1 Kanada vətəndaşlı olmaqla 18 nəfər tutulub.