Adambaşına düşən xarici dövlət borcu açıqlandı – RƏSMİ

Adambaşına düşən xarici dövlət borcu açıqlandı – RƏSMİ

Azərbaycanın xarici dövlət borcu 2020-ci il1 yanvar tarixinə 9091,0 mln. ABŞ dolları ekvivalentində olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov Milli Məclisdəki hesabatında bildirib.

Xarici dövlət borcunun 5335,8 mln. ABŞ dolları və ya 58,7%-i hökumət tərəfindən birbaşa cəlb edilmiş kreditlər, 2984,3 mln. ABŞ dolları və ya 32,8%-i xarici valyuta nominallı dövlət qiymətli kağızları, 771,0 mln. ABŞ dolları və ya 8,5%-i isə xarici dövlət borcu hesab edilən şərti öhdəliklərdən ibarətdir.

Baş nazir həmçinin bildirib ki, 2020-ci il 1 yanvar tarixinə xarici dövlət borcu ÜDM-in 18,9%-ni, birbaşa xarici dövlət borcu isə ÜDM-in 17,3%-ni təşkil edib. Adambaşına düşən xarici dövlət borcunun məbləği 903,0 ABŞ dolları təşkil edib.