"Putin şəhər və mobil telefonlarından istifadə etmir"

"Putin şəhər və mobil telefonlarından istifadə etmir"

Rusiya Prezidenti Vladimir Putin administrasiya əməkdaşları ilə əlaqə saxlamaq üçün heç vaxt şəhər və ya mobil telefondan istifadə etmir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Life.ru-nun jurnalisti Aleksandr Yunaşevə müsahibəsində bildirib.

Peskovun sözlərinə görə, dövlət başçısı bütün ünsiyyət üçün istisnasız olaraq xüsusi mühafizə olunan rabitə kanallarından istifadə edir.

O əlavə edib ki, məzuniyyət dövründə Prezident Administrasiyasının əməkdaşları, bir qayda olaraq, həmin xüsusi rabitə kanallarına çıxış imkanından məhrum olurlar. (Oxu.Az)