Avtomobil yanacağının satışından yüz milyonlarla manat gəlir əldə edilib

Avtomobil yanacağının satışından yüz milyonlarla manat gəlir əldə edilib

Bu ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 481,9 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən NOCOMMENT.az-a verilən məlumata görə, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 2,3% azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,2%-i avtomobil yanacağının alınmasına sərf olunub.