“Azərenerji” tendersiz transformatorlar alır – 19.5 milyon xərclənəcək – Şirkətin vergi borcu var

“Azərenerji” tendersiz transformatorlar alır – 19.5 milyon xərclənəcək – Şirkətin vergi borcu var

“Azərenerji” ASC 3 ədəd 250 MVA transformatoru alır.

NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, qurum buna görə 19 470 000 AZN xərcləyəcək.

Satışı “ATEF Şirkətlər Qrupu” MMC həyata keçirəcək.

Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Qeyd: MMC-nin qanuni təmsilçisi Emil Talıb oğlu Əlixanbəyovdur. Şirkətin dövlətə 31 729 AZN borcu var.