"Azsığorta" I yarımili zərərlə başa vurub

"Azsığorta" I yarımili zərərlə başa vurub

"Azsığorta" ASC bu ilin I yarısını 376 min manat zərərlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövründən 674 min manat xalis mənfəətlə çıxmışdı,

NOCOMMENT.az xəbər verir ki, yanvar-iyun aylarında "Azsığorta"nın gəlirləri 5,38 milyon manat (1 il əvvələ nisbətən 25,1 % az), xərcləri isə 5,755 milyon manat (9,3 % az) təşkil edib.

Bu il iyulun 1-nə "Azsığorta"nın aktivləri 29,236 milyon manat olub ki, bu da illik müqayisədə 5,6 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 19,5 % azalaraq 11,029 milyon manata, balans kapitalı isə 1,6 % azalaraq 18,207 milyon manata düşüb.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,007 milyon manatdır. Şirkətin səhmləri 100 % Hikmət Abuzər oğlu İsmayılova ("AFB Bank" ASC-nin 99,64 %-lik, "Bank of Baku" ASC-nin isə 31,11 %-lik səhmdarı) məxsusdur. (Report)