2020-ci ilin birinci rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 991 mln. manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 91 mln. manat və ya 10,1 faiz çoxdur.
Maliyyə Nazirliyi NOCOMMENT.az-a verilən məlumata görə, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar üzrə ödənişli xidmətlər və sair daxilolmalardan müvafiq olaraq 109,3 və 39,7 mln. manat vəsait büdcəyə daxil olub.
Eyni dövr ərzində Dövlət Neft Fondundan dövlət büdcəsinə 4631,0 mln. manat vəsait transfert edilmişdir ki, bu da proqnoza nisbətən 1793,5 mln. manat və ya 1,6 dəfə çoxdur.
Həmçinin qeyd olunmalıdır ki, cari ilin 1-ci rübündə Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılandan artıq vəsait daxil olmuşdur ki, bu transfertin məbləği çıxıldıqdan sonra belə dövlət büdcəsində 762,6 mln. manat profisit yaranmışdır.












