Dünya bazarında neft bahalaşdı, qaz ucuzlaşdı

Dünya bazarında neft bahalaşdı, qaz ucuzlaşdı

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

NOCOMMENT.az xəbər verir ki, mayda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,07% azalaraq 1,75 ABŞ dolları təşkil edib.

Eyni zamanda ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri 0,58% artaraq 1 barelə görə 21,91 dollar təşkil edib.

Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,69% artaraq 17,19 dollar təşkil edib.