Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,26% artaraq 42,93 dollar təşkil edib, əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti isə artıb.
NOCOMMENT.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,36% artaraq 1 barelə görə 45,06 dollar təşkil edib.
Məlumata görə sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,13% artaraq 2,36 ABŞ dolları təşkil edib.









