Dünya bazarlarında neft bahalaşıb, qaz isə ucuzlaşıb

Dünya bazarlarında neft bahalaşıb, qaz isə ucuzlaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 0,86 artaraq 1 barelə görə 104,75 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında sentyabr ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,87% artaraq 97,19 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,24% azalaraq 7,83 ABŞ dolları təşkil edib.