Avtomobil təmiri sexində meyit tapıldı

Avtomobil təmiri sexində meyit tapıldı

Gəncədə avtomobil təmiri sexində kişi meyiti tapılıb.

NOCOMMENT.az xəbər verir ki, avtomobil təmiri sexində şəhər sakini 1988-ci il təvəllüdlü Ə.Əliyevin meyiti aşkarlanıb.

Ölümün səbəbi hələlik məlum deyil.

Məlumata görə, meyiti tapılan şəxs avtomobil ustası olub.

Faktla bağlı araşdırma aparılır. (APA)