İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,88% artaraq, 1 barelə 92,44 dollar təşkil edib.
NOCOMMENT xəbər verir ki, Nyu Yorkun NYMEX əmtəə birjasında dekabr ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,82% artaraq, 85,34 dollara yüksəlib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 2,83% azalaraq, 6,293ABŞ dolları təşkil edib.











