Dünya bazarlarında neft bahalaşıb, qaz isə ucuzlaşıb

Dünya bazarlarında neft bahalaşıb, qaz isə ucuzlaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,43% artaraq, 1 barelə 92,78 dollar təşkil edib.

NOCOMMENT xəbər verir ki, Nyu Yorkun NYMEX əmtəə birjasında dekabr ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,45% artaraq, 84,9 dollara yüksəlib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,38% azalaraq, 5,294 ABŞ dolları təşkil edib.