İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 1,2% və ya 1,11 dollar artaraq, 1 barelə görə 93,92 dollar təşkil edib.
NOCOMMENT xəbər verir ki, Nyu Yorkun NYMEX əmtəə birjasında dekabr ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 1,09% və ya 0,94 dollar artaraq 87,47 dollara yüksəlib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,71% azalaraq, 6,251 ABŞ dolları təşkil edib.












