Dünya bazarlarında neft bahalaşıb, təbii qaz isə ucuzlaşıb

Dünya bazarlarında neft bahalaşıb, təbii qaz isə ucuzlaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 0,70% artaraq 1 barelə görə 45,90 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,80% artaraq 43,10 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,75% azalaraq 2,51 ABŞ dolları təşkil edib.