Dünya bazarlarında neft bahalaşıb, təbii qaz ucuzlaşıb

Dünya bazarlarında neft bahalaşıb, təbii qaz ucuzlaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair bu ilin mart müqaviləsinin dəyəri 1,16% azalaraq 1 barelə görə 55,34 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında fevral ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,9% azalaraq 51,77 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 2,45% azalaraq 2,631 ABŞ dolları təşkil edib.