53 yaşlı kişini qatar vurub öldürdü

53 yaşlı kişini qatar vurub öldürdü

Hacıqabulda qatar 53 yaşlı kişini vuraraq öldürüb

NOCOMMENT.az xəbər verir ki, hadisə Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib.

Belə ki, Bakı-Gürcüstan sürət qatarı Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Ataşov Arif Şirin oğlunu vuraraq öldürüb.

Meyit tanınmaz hala düşüb. Faktla bağlı araşdırma aparılır.