Dünya bazarlarında neft bahalaşıb, təbii qazın ucuzlaşması isə davam edir

Dünya bazarlarında neft bahalaşıb, təbii qazın ucuzlaşması isə davam edir

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 0,37% artaraq 1 barelə görə 51,09 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında gələn ilin fevralında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,4% artaraq 47,81 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, gələn ilin fevralında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,76% azalaraq 2,335 ABŞ dolları təşkil edib.